Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“ABŞ-ın müsəlmanlara bunu etməsi doğrudurmu?” – Bolqarıstanın sabiq prezidenti

“Silahdan atəş açmaq nə qədər asandırsa, müharibəyə son qoymaq o qədər çətindir.”

“Bu gün Azərbaycanın ərazisinin 80 yox, 100 faizinə nəzarət etmək hüququ var. Bu xalqların öz taleyini idarə etmək hüququ ilə bağlıdır”.

Din.az xəbər verir ki, bu sözləri Bolqarıstanın sabiq prezidenti Rosen Pnevneliev VI Qlobal Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, xalqların taleyini idarə etməsi dayanıqlı sülhlə bağlı məsələdir:

“Silahdan atəş açmaq nə qədər asandırsa, müharibəyə son qoymaq o qədər çətindir. BMT-nin statistikası dünyada qaçqınların artdığını deyir. ABŞ prezidenti kiçik qruplara gücünü göstərməsi, müsəlman ölkələrindən olanlara terror təhlükəsini bəhanə edərək viza verməməsi doğrudurmu? Üstəlik terror aktları yalnız müsəlmanlar törətmir. Mənim ölkəmdə Avropa vətəndaşlarının terror törətməsi nümunələri var. Mənim ölkəmdə 300 məscid var. Prezident olduğum dövrdə iftar süfrəsi təşkil etmişdim, bununla fəxr edirəm. Bolqarıstandan sovet dövründə 300 mindən çox müsəlman çıxarılıb. Yüz minlərlə əhali yerini dəyişməli olub. Hesab edirəm ki, sülh bizim ortaq anlayışımız olmalıdır”. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...