Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarına Türkiyədən SƏRT REAKSİYA

ABŞ-ın bu qərarı BMT qərarlarına etinasızlıq kimi qiymətləndirildi.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək qərarını sərt şəkildə tənqid edib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın bu qərarının BMT qərarlarına etinasızlıq kimi qiymətləndirib. ABŞ Xarici İşlər Nazirliyi, prezident Donald Trampın ABŞ-ın Təl-Əvivdəki səfirliyinin 14 May 2018 tarixində Qüdsə köçürülməsi qərarı verdiyini qeyd edib.

Ərəb birliyi isə ABŞ rəhbərliyinin bu qərarını pisləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...