Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-ın yeni Güləni ortaya çıxdı – Sensasiyalı ssenari

ABŞ-ın yeni FETÖ …

ABŞ-ın yeni FETÖ-su Məhəmməd Əbdülkərim əl-İsadır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Star” qəzetinin yazarı Ardan Zentürk yazıb.

“Pensilvaniyadakına keçmiş olsun, ABŞ-ın “mülayim islam”, dinlərarası dialoq, İbrahimi dinlər həmrəyliyi və s. mövzulardakı yeni adamı budur. Üstəlik, “Səudiyyə Ərəbistanında vəhhabilik deyə bir şey yoxdur” deməyə cürət edən vəliəhd Məhəmməd bin Salmanın da sağ qoludur. Yəni sərvət və dollarlar içində üzən ölkəsində öz təhlükəsizliyini qorumaq üçün çevriliş etməyə ehtiyac yoxdur. “Hər uğurlu kişinin arxasında bir qadın dayanır” fikri doğrudur, ancaq Şeyx Məhəmmədi bu mövqeyə daşıyan həyat yoldaşı deyil, uzaqlardan bir mütəxəssisdir: Farah Pandith.

Hindistan əsilli müsəlman amerikalı Pandith ABŞ Dövlət Departamentinin tarixindəki ilk “Müsəlman ölkələr üzrə xüsusi təmsilçi” ünvanını daşıyır. Hazırda Harvard Universitetində tədris əməkdaşı səviyyəsinə qədər yaxşı yetişdirilmiş bir amerikalı olan Pandith vəzifədə olduğu 10 il müddətində düz 80 müsəlman ölkə-toplumunu ziyarət edib, ABŞ-ın islam dünyası ilə bağlı strategiyasına zəmin ola biləcək hesabatlar hazırlayıb”, – Zentürk yazıb.

Əlvida, vəhhabilik

Fəaliyyət sahəsi sünni coğrafiyasında radikal-dini şiddətin əsas zəminini tapmaq idi, tapdı: vəhhabilik!

Pandithə görə, Əl-Qaidədən İŞİD-ə qədər uzanan terror xəttinin əsas oxu, Soyuq müharibə illərində istifadə edilmiş vəhhabilik inanc sisteminin açdığı qapıdır. Necə ki, vəliəhd bin Salman ABŞ-a sonuncu səfəri zamanı “ABŞ istədiyi üçün vəhhabiliyi dünyaya yaydıq” deyərək bu işin əsl sahibinin kim olduğunu göstərməyə çalışdı.

Doğrudur, Əfqanıstanda vəhhabilik zəminli mücahid üsyanını yaradaraq bugünlərə qədər uzanan fəlakət zəncirini başladan adam Cimmi Karter dönəminin təhlükəsizlik məsələləri üzrə baş müşaviri Bjezinskidir.

Pandith yalnız ABŞ-a hesabat hazırlamayıb, 15 iyul çevriliş cəhdinin Vaşinqtondaki əsas qərargahı sayılan Demokratiyaları Qoruma Fondunun (Foundation for Defense of Democracies-FDD) ABŞ-Səudiyyə Ərəbistanı Münasibətlərini Təmzimlənə Şurasında da yer alıb, sionist lobbisinin mərkəzi Səudiyyə Ərəbistanında olan yeni “mülayim islam” strategiyasının da memarı olub.

Görün nələr baş verdi

Panditin hesabatları Səudiyyə Ərəbistanı-BƏƏ-İsrail ittifaqını inkişaf etdirən və sionist milyarder Şeldon Adelsonun dəstəklədiyi FDD vasitəsilə həyata keçirildi. Şeyx Məhəmməd yaradıldığı gündən indiyə qədər vəhhabiliyi yaymaq üçün milyardlarla dollar büdcə ilə hərəkət edən Müsəlman Dünya Birliyinin sədri oldu.

Bu vəzifəyə gəlməsindən dərhal sonra Fransada bir sinaqoqu ziyarət etdi, İsrailə qarşı terror fəaliyyətlərinin islama zidd olduğunu elan etdi, “soyqırımı” inkar edənləri qınayan bir məktub yayımladı, 21 sentyabr 2017-ci ildə Vatikanda Roma Papası Fransiskin qəbulunda oldu, ancaq görüşlə bağlı nədənsə heç bir açıqlama verilmədi.

Mövzu bağlanıb, ABŞ da öz adamını tapıb…

FETÖ-nu bu yaxında təslim edərlər

Görünür, Pensilvaniyadakı şəxsin (Fətullah Gülən) günləri azalır. Baxçalının dediyinin əksinə olaraq, başa torba keçirib gətirməyə ehtiyac qalmayacaq, deyəsən… Səudiyyə Ərəbistanının bu ölçüdə fəaliyyətə başladığı bir dövrdə deşifrə olmuş qurumlar hər zaman ayaq bağı kimi görünür.

İndi Məhəmməd bin Salman və Şeyx Məhəmməd Əbdülkərim əl-İsa ilə uyğun formada çalışacaq yeni bir türk sima da hazırlayırlar. Gözlənilməz bir məqamda (eynən Öcalanda olduğu kimi) vacib bir bağlama ilə qarşılaşa bilərik…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...