Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ABŞ-ın yeni silah bazarı müsəlman ölkələridir

ABŞ müsəlman ölkələrini silahlandırmaq siyasəti yürüdür.

ABŞ rəhbərliyinin Körfəz ölkələrinə 40 milyard dollarlıq silah satdığı bildirilib. 21 milyard 881 milyon dollarla Qətər ən çox silah alan ölkə olub.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) son 2 ayda 40,8 milyard dollarlıq silah satıldığını təsdiq edib.

tank

ABŞ Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Qətər 21 milyard 881 milyon dollarla noyabr və dekabr aylarında ABŞ-dan ən çox silah alan ölkə olub.

Qətərin 17 noyabrda 21 milyard 100 milyon dollar dəyərində 72 çoxfunksiyalı “Boeing F-15QA” tipli hərbi təyyarə aldığı bildirilib. Bundan başqa, Qətərin hazırda 4 ədəd olan “Boeing” şirkətinə ötən il 4 ədəd də sifariş etdiyi “C-17” tipli hərbi nəqliyyat təyyarəsi üçün 8 əlavə mühərrik, digər avadanlıqlar, logistik dəstək üçün isə 781 milyard dollar ödədiyi bildirilib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...