Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ-ın yüzillik planı açıqlandı: Bu torpaqlar Fələstinə verilir

İsrailin əlində olan bu 4 bölgənin Fələstinə təhvil verilməsi tələb ediləcək.

ABŞ-ın gələcəkdə İsrail və Fələstinə təqdim edəcəyi “Yüzillik Anlaşma” ilə bağlı yeni detallar ortaya çıxıb.

Din.az xəbər verir ki, Fələstinə paytaxt olaraq Şərqi Qüdsün 4 küçədən ibarət olan – Şufat, Mukaber dağı, İsaviyah və Abu Dis – ərazisi veriləcək.

Plana görə, İsrailin əlində olan bu 4 bölgənin Fələstinə təhvil verilməsi tələb ediləcək.

Qeyd edək ki, İsrail Müdafiə naziri Aviqdor Liberman sözügedən plan haqqında məlumata sahib olmadığını açıqlamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...