Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ İranda rəngli inqilab hazırlayır – DUGİN

“İran daxilində təbii ixtilaflar mövcuddur”.

ABŞ İran aksiyalarından rəngli inqilab düzəltmək istəyir.

Din.az xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Dugin söyləyib.

“İran məsələsində iki amilə diqqət yetirməliyik. Birinci amil odur ki, İran daxilində təbii ixtilaflar mövcuddur. Ölkədə Əhmədinejada yaxın olan və sosial ədalət istəyən bir kütlə var. Bu kəsim İran prezidenti və siyasi elitanın qərbyönlü və liberal mövqeyindən məmnun deyil. Digər tərəfdən isə Xomeyninin inqilabçı fikirlərinin təcridi mövcuddur. Yəni İran tam olaraq inqilabçı ruha sahib deyil. İnqilabın ilk mərhələsində olan duyğusal və mənəvi coşqu zəifləyir. İnqilabçı sistemin bürokratikləşməsi və yadlaşması prosesindan xalq məmnun deyil. İnqilabın ruhunu qloballaşma və liberalizmə qarşı mübarizədə canlı tutmalısınız. Əgər xalqa səbəbini çatdıra bilməsəniz, onlar da təbii olaraq bunu anlamayacaqlar. Ancaq eyni zamanda Qərb və ABŞ-ın ciddi manipulyasiyası mövcuddur. Məhz onlar İranda sosial ədalət tərəfdarı olan aksiyalara süni gündəm əlavə etməyə çalışırlar. ABŞ İran aksiyalarında rəngli inqilab düzəltmək istəyir” – deyə o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...