Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ İranı bir aya vuracaqmı? – Pentaqondan AÇIQLAMA

ABŞ-ın İranı vuracağı ilə bağlı KİV-də informasiyalar yayılır.

ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis ölkəsinin İranı vuracağı ilə bağlı KİV-də yayılan informasiyanı şərh edib.

Din.az xəbər verir ki, Pentaqonun başçısı iddiaları “uydurma” adlandırıb.

“Avstraliya jurnalistlərinin bu məlumatı haradan aldığına dair fikrim yoxdur. Amma hazırda bu istiqamətdə qiymətləndirilən bir şey yoxdur. Bunun tamamilə uydurma olduğunu düşünürəm”, – o bildirib.

Xatırladaq ki, iki gün əvvəl ABC media korporasiyası Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazır olduğunu bildirib. Xəbərdə Avstraliya hökumətindəki mənbələrə istinad edilib.

Mettis həmçinin İranın Hörmüz boğazını bağlayacağı barədə təhdidinə cavab verib. İranın dəfələrlə analoji təhdidlərlə çıxış etdiyini dilə gətirən müdafiə naziri beynəlxalq cəmiyyətin bu boğazı açıq saxlamaq üçün bölgəyə döyüş gəmiləri yerləşdirdiyini xatırladıb.

“Hörmüz boğazının bağlanması beynəlxalq nəqliyyata hücum olaraq dəyərləndiriləcək. Belə bir addım sərt beynəlxalq reaksiya ilə qarşılanacaq, çünki dünya iqtisadiyyatı oradan gələn enerji təchizatına bağlıdır”, – Pentaqonun başçısı yekunlaşdırıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...