Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ İranı vurmağa hazırlaşır – Gözlənilməz iddia

İranın nüvə obyektlərinə zərbələr endirilə bilər.

ABŞ avqust ayında İranın nüvə obyektlərinə zərbələr endirə bilər.

Din.az xəbər verir ki, bu barədə məlumatı ABC televiziyası Avstraliya hökumətindəki etibarlı mənbələrinə istinadən yayıb.

A single US Air Force (USAF) F-16C Fighting Falcon aircraft from the 332nd Air Expeditionary Wing, Balad AB, Iraq, flying in a two man formation, launches electronic countermeasure flares, following an aerial refueling mission over Iraq, during Operation IRAQI FREEDOM.

Televiziya bu işdə ABŞ-a Avstraliya və Britaniyanın yardım edəcəyini bildirib. Hər iki ölkənin ABŞ-a yardımı yalnız zərbə endiriləcək obyektlərin müəyyən edilməsi formasında olacağı vurğulanıb:

“Nə Britaniya, nə də Avstraliya birbaşa zərbələrin endirilməsində iştirak etməyəcək. Onlar yalnız zərbə endirilməsi üçün nəzərdə tutulan obyektlərin müəyyənləşdirilməsində ABŞ-a yardım göstərəcək”.

Televiziya İranda nüvə obyektlərinin müəyyən edilməsi işində Avstraliyanın şimalında yerləşən məxfi hərbi obyektdən istifadə edilə biləcəyini açıqlayıb.

Qeyd edək ki, ölkənin şimalında yerləşən bu obyekt AUSCANNZUKUS (Alyans həmçinin “Beş göz” olaraq da adlandırılır – red.) adlanan hərbi alyansa məxsusdur. Alyans öz tərkibində ABŞ, Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiyanı birləşdirir. İttifaqın əsas məqsədi bu beş ölkənin hərbi dəniz qüvvələri arasındakı əlaqələri artırmaqdır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...