Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ İŞİD və kürdlərlə birləşib Suriyanı parçalamağa çalışır – Rusiyadan açıqlama

“Amerikalıların niyyəti bəllidir – ölkəni parçalamaq”.

“ABŞ Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərə baxmayaraq, ölkəni parçalamağa çalışır”.

Din.az bildirir ki, bu barədə “Krasnaya Zvezda” nəşrinə müsahibəsində Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin bildirib.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın “əhəmiyyətli dəyişikliklər” etməyəcəkləri təqdirdə ölkəsinin nüvə sazişindən çıxacağı ilə hədələyib.

“Amerikalıların niyyəti bəllidir. Suriyanın suverenliyi və bütövlüyünün qorunmasına dair vədlərinə baxmayaraq, ölkəni parçalamaq. ABŞ-ın tabeçiliyində olan qüvvələr İŞİD terrorçuları ilə birləşiblər. Bu amerikalıların rəhbərliyi və nəzarəti altında baş verir”, – deyə Aleksandr Fomin bildirib.

Nazir müavini qeyd edib ki, hazırda ABŞ separatçı niyyətli milli azlıqlara hərtərəfli dəstək göstərir.

“Amerikalılar kürdlər də daxil olmaqla milli azlıqların silahlı dəstələri ilə müəyyən oyun aparırlar. 40 minədək üzvü olan hansısa silahlı birləşmələrin nəzarəti altında təhlükəsizlik zonaları yaradırlar”, – deyə Aleksandr Fomin qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...