Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ İslam dünyasına müharibə elan etdi – 14 may

“Qüdsün kimliyinin dəyişdirilməsinə icazə vermək ayıbdır”.

Dünya Müsəlman Alimlər Birliyinin Baş katibi Əli Qaradağ ABŞ-ın Təl-Əvivdəki səfirliyini mayın 14-də Qüdsə daşıma planına qarşı çağırış edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, o, yaydığı yazılı açıqlamada fələstinliləri, islam dünyasını və bütün insanları ABŞ-a qarşı ayağa qalxmağa çağırıb.

“Qüdsün kimliyinin dəyişdirilməsinə icazə vermək ayıbdır. Bunu edənləri Allah da bağışlamaz. ABŞ-ın bu planının qarşısını almalıyıq. Bu qərar ABŞ-ın müsəlmanlara qarşı başlatdığı savaşdır”, – Əli Qaradağ bildirib.

Qeyd edək ki, ABŞ hökuməti mayın 14-də səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...