Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ İsrailə görə bu ölkəyə sanksiya tətbiq edir

Polşa hökumətinə xüsusi sanksiyalar tətbiq ediblər.

ABŞ rəhbərliyi Holokost qanununun qəbuluna görə Polşa hökuməti ilə əlaqələrə veto qoyub.

Din.az xəbər verir ki, bu barədə informasiyanı Polşanın “Onet” portal yayıb. Polşa Prezidenti Duda və Baş nazir Mateuş Moravetskinin Ağ Evdə qəbul şanslarının olmadığı bildirilib:

“Amerikalılar Polşa hökumətinə xüsusi sanksiyalar tətbiq ediblər. Holokost qanunu dəyişmədiyi müddət ərzində Vaşinqton Polşa rəhbərliyini qəbul etməyəcək”.

Saytın məlumatını Polşa Xarici İşlər nazirinin müavini Bartoş Çixotski təsdiq etməyib.

Qeyd edək ki, bundan öncə Polşa Holokost haqqında qanun qəbul edib. Qanuna əsasən, polyakların Holokostda iştirakı və nasistlərlə əməkdaşlığı barədə ittiham edilməsi qadağan edilib. Bu ittihamların cinayət cəzası ilə nəticələnəcəyi vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...