Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı

“Balanqiq zəngləri” dekabrın 15-də kilsəyə qaytarılıb.

Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb.

Din.az xəbər verir ki, yerləşdiyi şəhərin adından götürülən “Balanqiq zəngləri” adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.

ABŞ tərəfinə minnətdarlığını bildirən R.Duterte qeyd edib ki, zənglərin qaytarılması iki ölkə arasında “yeni və daha enerjili mərhələnin” başlanmasının rəmzidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...