Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ Konqresinin yeni müsəlman üzvləri “Quran”a əl basaraq and içəcəklər

Rəşidə Tlaib və Somali əsilli İlhan Ömər seçkilərdə iştirak edirlər.

ABŞ Nümayəndələr Palatasına seçilən yeni müsəlman üzvlər müqəddəs “Quran”a əl basaraq and içəcəklər.

Din.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Konqresin hər iki palatasına aralıq seçiklər keçirilib. Nümayəndələr Palatasına seçilən 400 yeni üzv arasında əslən Fələstindən olan Rəşidə Tlaib (Miçiqan ştatı) və Somali əsilli İlhan Ömər (Minnesota ştatı) də var.

Rəşidə Tlaib və İlhan Ömər ABŞ-ın qurucularından olan Tomas Ceffersona məxsus “Quran” kitabına əl basaraq and içəcək. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...