Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ məktəblərində İncil fənni tədris olunacaq

Trampın İncill bağlı bu qərarı etirazla qarşılandı.

ABŞ prezidenti Donald Tramp ölkədəki bir çox əyalətlərdə İncil fənninin tədris olunacağı ilə bağlı açıqlama verib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsindən İncil qiraəti dərsinin bəzi əyalətlərdə müəyyən edilən məktəblərdə tədris olunacağını, şagirdlərə İncillə bağlı araşdırmalar aparılması üçün fəaliyyətlərin həyata keçiriləcəyini bildirib.

Donald Trampın sosial media vasitəsilə dediyi sözlər bəziləri tərəfindən müsbət qarşılandığı halda, bəzi insanlar bu ismarışı etirazla qarşılayıblar. İncilin oxudulması və Trampın bununla bağlı qərarı səhv qiymətləndirilib.

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...