Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ Misirə 1 milyard dollar ayırdı

Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırmaq istəyir.

Vaşinqton Qahirəyə 1 milyard dollar ayırıb.

Din.az bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Misirdə xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransı zamanı deyib.

Dövlət katibi bu vəsaitin terrorizmlə mübarizə üçün ayrıldığını vurğulayıb.
R.Tillerson deyib: “Vaşinqton terrorizmə qarşı mübarizədə hərbi potensialını artırması üçün Qahirəyə 1 milyard dollar ayırıb”.

Qeyd edək ki, ABŞ-ın Qahirəyə illik hərbi yardımı 1,4 milyard dollar təşkil edir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...