Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ MÜSƏLMAN müttəfiqini itirir – KREMLİN İDEOLOQU

“ABŞ ilə müttəfiqlik Pakistana heç nə qazandırmır.”

ABŞ müsəlman dünyasında ən yaxın müttəfiqlərindən biri olan Pakistanı itirir.

Din.az xəbər verir ki, bunu “Aydınlık” qəzetinə açıqlamasında rusiyalı filosof və ideoloq Aleksandr Dugin söyləyib.

“Pakistan bir neçə il öncə geosiyasi istiqamətini dəyişdirməyə başladı. ABŞ ilə müttəfiqlik Pakistana heç nə qazandırmır. Bir neçə il öncə pakistanlılar bunu anladılar və o zamandan indiyə qədər daha müstəqil siyasət həyata keçirməyə başladılar. Eyni zamanda ABŞ Hindistan ilə daha yaxın əlaqələr qurmağa başlayıb. Dolayısı yolla Pakistan bu vəziyyətdə məntiqlə olanı edir və Avrasiyada özünü daha stabil vəziyyətə gətirməyə çalışır. Pakistanın getdikcə Avrasiya cəbhəsinə yaxınlaşır”, – o bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...