Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ müsəlman qatili Myanmaya sanksiya tətbiq etmək istəyir

“Myanma rejiminə sanksiyalar tətbiq etmək lazımdır”.

Amerikalı konqresmenlərdən ibarət qrup müvafiq təşəbbüslə çıxış edib.
Din.az bildirir ki, yerli Rohinca müsəlmanlarına qarşı zülm və təzyiqlərdən istifadə edən Myanma rejiminə sanksiyalar tətbiq etmək lazımdır. Bu təşəbbüslə 40 amerikalı konqresmendən ibarət qrup çıxış edib.

“Biz, Birma ərazisi daxilində qapalı qalanların (Rohinca müsəlmanları – red.) müdafiə və təhlükəsizliyi üçün, həmçinin onların qonşu ölkələrdən də zor yolu ilə qovulmasının qarşısının alınması istiqamətində də bütün mümkün addımları atmağa səsləyirik.”, – deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, Myanma rejimi və radikal buddistlər yerli müsəlmalara qarşı etnik təmizləmə siyasəti yürüdür. Avqust ayının sonundan indiyədək minlərlə müsəlman amansızcasına qətlə yetirilib və yaralanıb, yarımmilyondan çox insan isə vətənini tərk etməli olub. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...