Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ neft hasilatının həcmini Səudiyyə Ərəbistanı ilə eyni səviyyəyə çatdırıb

ABŞ-ın benzin ehtiyatlarında azalma müşahidə olunub.

ABŞ-da yanvarın 20-dən 26-na qədərki həftə ərzində neft hasilatının həcmi rekord həddə çatıb və Səudiyyə Ərəbistanındakı göstərici ilə bərabərləşib. Bununla yanaşı, ölkədə neft ehtiyatlarının həcmi 10 həftəlik azalmadan sonra yenidən artmağa başlayıb.

Din.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Hesabata əsasən, həftə ərzində gündəlik neft hasilatı 41 min barel və yaxud 0,4% artaraq 9,919 mln. barelə çatıb. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) hesabatına görə isə, dekabrda Səudiyyə Ərabistanında gündəlik neft hasilatı 9,92 mln. barel olub.

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatlarının həcmi isə 6,776 mln. barel və yaxud 1,65% artaraq 418,4 mln. barelə çatıb. Halbuki analitiklər ehtiyatların 0,9 mln. barel azalacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 1,071 mln. barel azalma nümayiş etdirib.

ABŞ-ın benzin ehtiyatlarında isə azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 1,98 mln. barel və yaxud 0,8% azalaraq 242,1 mln. barelə düşüb. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 3,098 mln. barel artmışdı.

“Report”un analitik qrupu bildirir ki, dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin I rübündə “Brent” markalı neftin qiymətinin 55-73 dollar/barel olması gözlənilir. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...