Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ABŞ ölkələrin “qara siyahı”sından imtina edib

Miqrantların ABŞ-a girişinə məhdudiyyətlər tətbiq edilməsi Trampın seçkiqabağı əsas vədlərindən biri olub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə rəhbərliyinin 11 ölkədən Birləşmiş Ştatlara qaçqınların girişinə tətbiq edilən tam qadağa təcrübəsindən imtina ilə bağlı qərarını elan edib.

Din.az bildirir ki, bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında ABŞ qaçqınların ümumi qəbul proqramını yenidən işə salıb, amma qaçqınlarını milli təhlükəsizlik üçün təhdid hesab etdiyi 11 ölkəni istisna edib.

Qaçqınların hüquqlarının müdafiəsi təşkilatının məlumatına görə, söhbət Misir, İran, İraq, Liviya, Mali, Şimali Koreya, Somali, Cənubi Sudan, Sudan, Suriya və Yəməndən gedir.

Qeyd olunur ki, miqrantların ABŞ-a girişinə məhdudiyyətlər tətbiq edilməsi ölkə Prezidenti Donald Trampın seçkiqabağı əsas vədlərindən biri olub. O, bu vəzifəyə seçildikdən sonra miqrasiya ilə bağlı bir neçə, o cümlədən əhalisi əsasən müsəlman olan altı ölkənin vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyan sənəd imzalayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...