Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ ordusunda hicab və saqqal qadağası ilə bağlı YENİLİK

ABŞ-ın quru qüvvələrində edilən yeniliklərdə saqqal saxlamaq və hicab taxmağın qarşısına qoyulan qadağanın aradan qaldırıldığı bildirilib. “Din.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, quru qüvvələrin sekretarı Erik Fanningnin Konqresə göndərdiyi məktubda ortaya qoyduğu yeniliyə görə, dini əsasla icazə verilən hicab taxmaq və saqqal saxlamaq artıq briqada komandirlərinin qərarına tabe olacaq. Qərara təhlükə olmadığı müddət ərzində […]

ABŞ-ın quru qüvvələrində edilən yeniliklərdə saqqal saxlamaq və hicab taxmağın qarşısına qoyulan qadağanın aradan qaldırıldığı bildirilib.

“Din.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, quru qüvvələrin sekretarı Erik Fanningnin Konqresə göndərdiyi məktubda ortaya qoyduğu yeniliyə görə, dini əsasla icazə verilən hicab taxmaq və saqqal saxlamaq artıq briqada komandirlərinin qərarına tabe olacaq.

Qərara təhlükə olmadığı müddət ərzində icazə veriləcək…

Yenilik çərçivəsində briqada komandirləri “dini geyim tələb edənin dini inancında səmimi olmadığı və ya konkret bir təhlükənin olduğu qənaətinə gəlinməsə” istifadəsinə icazə veriləcək.

Sözügedən yeniliklə bağlı, qadınların saç düzümündəki standartlara da yeniliklər əlavə edilib. Belə ki, quru qüvvələrdə xidmət göstərən və uzunluğu müəyyən ölçüdə olmaq şərti ilə qadınlar saçlarını hörə, dalğalı və ya rast eləyə biləcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...