Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ ordusunda hicaba icazə verildi

“Yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir”.

ABŞ ordusunda yeni xarici görünüş standartları dərc edilib. Standartlara uyğun olaraq, dini baxışları nəzərə alınmaqla müsəlman hərbçi kişilər rəngli əmmamə, qadınlar isə hicab geyinə bilərlər.

“Din.az” “A24.Az”a istinadən bildirir ki, bu barədə ABŞ-ın “The İndependent” qəzeti məlumat verib.

1014420543

ABŞ-ın müdafiə naziri Erik Fenniqin sözlərinə görə, yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir.

Bildirilir ki, baş geyimlərin rəngi hərbi geyim rəngindən seçilməməlidir. Yeni qaydalara əsasən, hərbçi kişilərə həmçinin saqqal saxlamağa icazə verilir, lakin onun uzunluğu təqribən 5 sm-i keçməməlidir.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir