Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ polisi iftar süfrəsində dolma bükdü – VİDEO

İftarda əyləncəli anlar yaşanıb

Birləşmiş Ştatların Texas ştatının ən böyük, ölkənin isə 4-cü ən böyük şəhəri olan Hyustonda maraqlı yarış keçirilib.

Eyni zamanda Bakı ilə qardaşlaşmış şəhər olan Hyustondakı Türkiyə diasporu ənənəvi iftar yeməyi təşkil edib. İftar çərçivəsində milli mədəniyyətin təbliği məqsədi ilə yarpaq dolması bükmək yarışı da keçirilib.

Yarışa Hyuston şəhərinin polis məmurları da qatılıb. Bu zaman əyləncəli anlar yaşanıb. Yarışın qalibi isə xanım polislərdən biri olub.

İftarda şəhərə rəhbərliyi, o cümlədən polis departamenti rəhbərinin müavini də iştirak edib. Tədbirdə çıxış edən Trey Finner Türkiyə diasporuna tərfi yağdırıb.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir