Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ polisi müsəlman qadınların hüququnu pozduğuna görə cərimə oldundu

Hicaba qanunsuz müdaxilə etdiyinə görə kompensasiya ödəyəcək.

Nyu-York polisi hicablarını zorla çıxararaq üç qadının hüquqlarını pozduğu üçün onlara 60 min dollar kompensasiya ödəməli olacaq.

Din.az bildirir ki, bu barədə məhkəmənin çıxardığı qərarda bildirilib.

İnsidentlərdən biri 2012-ci, digəri isə 2015-ci ildə yaşanıb. İlk olay zamanı polis məktəblini idarəyə gətirərək, ondan hicabı çıxarmasını tələb edib. Qız tabe olmadıqda tələb məcburi şəkildə yerinə yetirilib. Digər iki hadisə də analoji qaydada icra olunub. Onların hər üçündə foto və videoçəkiliş aparılıb.

Faktlarla bağlı zərərçəkənlər məhkəməyə müraciət edərək, onlara təzminat verilməsini tələb edib və hakim bu tələblərin yerinə yetirilməsinə qərar verib. / APA.TV

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...