Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlanıb

ABŞ Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək?

“ABŞ Təl-Əvivdəki səfirliyini bu il ərzində Qüdsə köçürəcək”.

Din.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Qeyd edək ki, Ağ ev beynəlxaq ictimaiyyətin etirazından sonra səfirliyin köçürülməsinin bir neçə il sürəcəyi barədə açıqlama vermişdi. ABŞ Prezidenti Donald Tramp isə ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdıqları barədə qərarı imzalayıb. O, bu il yanvarın 16-da ABŞ-ın fələstinli qaçqınlara etdiyi humanitar yardımın 65 milyon dollar azaldılması barədə uyğun sənədi də təsdiqləyib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...