Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ və Səudiyyə Ərəbistanı münasibətlərini gərginləşdirəcək QANUN

ABŞ Senatı, 11 sentyabr hadisələrində həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmasına imkan yaradan qanun layihəsini təsdiqlədi. “Din.az” xəbər verir ki, bir Demokrat və bir Respublikaçı senator tərəfindən hazırlanan qanun layihəsi Senatda səsvermədə iştirak edənlərin hər birinin səsverməsi ilə qəbul olunub. Layihə, 11 Sentyabr hücumlarında ölən şəxslərin ailələrinin o hadisələrdə Səudiyyə idarəçilərin rolu ola […]

ABŞ Senatı, 11 sentyabr hadisələrində həyatını itirənlərin ailələrinin Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmasına imkan yaradan qanun layihəsini təsdiqlədi.

“Din.az” xəbər verir ki, bir Demokrat və bir Respublikaçı senator tərəfindən hazırlanan qanun layihəsi Senatda səsvermədə iştirak edənlərin hər birinin səsverməsi ilə qəbul olunub.

Layihə, 11 Sentyabr hücumlarında ölən şəxslərin ailələrinin o hadisələrdə Səudiyyə idarəçilərin rolu ola biləcəyi səbəbiylə ABŞ məhkəmələrində iddia qaldıra bilməsinə imkan yaradır. ABŞ-da 1976-ci ildə çıxarılan bir qanun, başqa ölkələr haqqında Amerika məhkəmələrində iddia  qaldırılmasına maneə törədir. Lakin Senatda qəbul edilən bu layihə, 1976-cı ilə aid qanunun mövzuyla əlaqədar hissəsində istisnalar edilməsinə imkan verir.

Layihə gündəmə gəldiyi zaman Səudiyyə Ərəbistanı rəhbərliyi etiraz etmiş, Konqres üzvlərini, ABŞ-da olan 750 milyard dollar dəyərindəki varlıqlarını satmaqla təhdid etmişdi.

Barak Obama rəhbərliyi də Konqres üzvlərindən layihəni həyata keçirməməsini istəmiş, ABŞ əleyhinə bənzər məhkəmə proseslərinin başqa ölkələrdə başlaya biləcəyi səbəbiylə Amerika vətəndaşlarının təhlükə ilə qarşılaşa biləcəyini ifadə etmişdi.

Ağ Evin sözçüsü Cos Ernest, bu gün layihənin həyata keçməsindən dərhal sonra verdiyi açıqlamada, bu addımın “istənməyən nəticələr doğura biləcəyini”, Obamanın layihəni veto edəcəyini söyləyib.

Ernest, “bu qanun layihəsi, uzun zamandır suverenlik toxunulmazlığı ilə əlaqədar olan beynəlxalq hüququ dəyişdirəcək. Prezident Obamanın layihənin ABŞ-ı dünyanın digər məhkəmələrində zərər görəcək vəziyyətə salacağı mövzusundakı narahatlıqları davam edir” deyə bildirib.

Layihənin qanuna minməsi üçün ABŞ Konqresinin digər qanadı olan Nümayəndələr Məclisindən də keçməsi və Obama tərəfindən imzalanması lazımdır. Ancaq Obama, qanuna qarşı çıxdığını və veto edəcəyini açıqlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir