Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ və Türkiyə keşiş Bransonun azad edilməsi və sanksiyaların ləğvi barədə razılığa gəlib

Türkiyə ilə ABŞ arasında “keşiş mübahisəsi” davam edir.

Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad edilməsi və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Din.az xəbər verir ki, bu barədə cümə axşamı “The Washington Post” qəzeti öz elektron versiyasında məlumat dərc edib.

Qəzet ABŞ-ın adı açıqlanmayan vəzifəli şəxslərinə və Branson işində hadisələrin inkişafı ilə bağlı məlumatlı digər mənbələrə istinadən qeyd edir ki, keşiş artıq cümə günü növbəti məhkəmə iclasından sonra azadlığa buraxıla bilər. Öz növbəsində, nəşrin məlumatına görə, Amerika administrasiyası Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə üzərinə öhdəlik götürüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...