Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ yəhudiləri Qüdsdə fələstinli uşaqların etiraz aksiyasını təşkil etdi…

Fələstinli məktəblilərin hərəkatı başlayıb.

12 yaşlı müsəlman qız: “Mən kəndimdən gedərəmsə, ömrüm boyu ürəyim orada qalacaq və mən heç yerdə xoşbəxt olmayacağam…”

İsrailin işğal etdiyi İordan çayının Qərb sahilində yaşayan bir qrup fələstinli uşaq doğma kəndlərinin köçürülməsinə etiraz üçün İsrail prezidentinin iqamətgahına yollanıb.

Din.az bildirir ki, Xan Əl-Əhmar kəndi artıq bir neçə ildir ki, İsrail hökuməti ilə yaşam mübarizəsi aparır. Ancaq son instansiya məhkəməsi oktyabrın 1-dək bütün sakinlərin kənddən çıxarılmasına və evlərin sökülməsinə qərar verib. Hələlik fələstinlilər köçməsə də, İsrail hərbiçilərinin tezliklə onları zorla çıxaracağı gözlənilir…

Bu arada gözlənilmədən Bədəvi kəndindən 12 yaşınadək olan cəmi 18 uşaq ABŞ-dan olan yəhudı fəalların müşayiəti ilə İsrail nömrəli avtomobillərdə prezident Reuven Rivlinin Qüdsdəki iqamətgahına tərəf yürüş edib. İqamətgaha yaxın bir yerdə məktəblilər İsrail polisi tərəfindən dayandırılıb. Lakin uşaqlar həmin ərazidən uzaqlaşmayaraq prezidentin evinin 100 metrliyində oturaq etiraz aksiyasına başlayıblar.

Fələstinli məktəblilərin hərəkatı Almaniya kansleri Angela Merkelin İsrail prezidenti ilə görüşmək üçün bu ölkəyə səfəri ilə üst-üstə düşüb. Və bu həftənin əvvəlində Xan Əl-Əhmardan olan uşaqlar mətbuat konfransı təşkil edərək Merkeli məsələyə müdaxilə etməyə və onların doğma yurdlarından çıxarılmasının qarşısını almağa çağırıblar.

“Mən bütün həyatımı Xan Əl-Əhmarda keçirmişəm. Mən kəndimdən gedərəmsə, ürəyim orada qalacaq və mən heç yerdə xoşbəxt olmayacağam..”.”, – deyə 12 yaşlı Sudcud Cahalin bildirib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...