Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Abu-Dabi şəhərində ADIPEC beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək

Noyabrın 13-16-da Abu-Dabi şəhərində ADIPEC beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək.

OPEC-ə üzv olmayan MDB ölkələrinin aparıcı neft-qaz şirkətləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində noyabrın 13-16-da keçiriləcək ADIPEC beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edəcək.

Din.az xəbər verir ki, konfransın əsas məqsədi bu ölklərdən olan neft-qaz şirkətlərinin ADIPEC-dən istifadə edərək beynəlxalq fəaliyyətlərini genişləndirmək olacaq. Rusiya şirkətləri ilə yanaşı konfransda Qazaxıstan, Özbəkistan və Azərbaycan şirkətlərinin iştirakı gözlənilir.
“ADIPEC qlobal neft-qaz şirkətləri üçün önəmli istiqamət təşkil edir. Ona görə də MDB-nin iri şirkətləri bura gəlir”, – deyə “Al Yasat Petroleum” şirkətinin baş icraçı direktoru və “ADIPEC 2017”-nin sədri Əli Xəlifə əl-Şəmsi bildirib.
Avropadan Mərkəzi Asiyaya və oradan da Sibirə və Uzaq Şərqə uzanan regionda neft-qaz layihələri artıq transmilli şirkətlərin diqqətini cəlb edib. “BƏƏ önəmli neft-qaz ixracatçılarının mərkəzində yer alıb. Buna görə də beynəlxalq müştərilər, xidmət şirklətləri və investorlar ADIPEC-yə gəlir və burada ən yüksək səviyyədə təmsil olunur. ADIPEC dünyaya açılaraq yeni bazarlar və müştərilər tapmaq üçün imkan yaradır”, – deyə sərgi rəhbəri qeyd edib.
ADIPEC-də bu il 10 min nümayəndənin, 2 200 şirkətin, 900 məruzəçinin və 135 ölkədən 100 minə yaxın insanın iştirakı gözlənilir. / Report.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...