Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adı FETÖ ilə hallanan keçmiş məmur ABŞ-da həbs edildi

FETÖ ilə yaxın əlaqədə olduğu bildirilən şəxs saxlanılıb.

ABŞ-da FETÖ ilə yaxın əlaqədə olduğu bildirilən Texas Nümayəndələr Palatasının keçmiş üzvü Stiv Stokman həbs edilib.

Din.az xəbər verir ki, o, korrupsiya, dələduzluq və vergidən yayınmaqda ittiham edilir. Belə ki, barəsində məhkəmə tərəfindən 23 cinayət işi qaldırılıb və 10 il həbs cəzasına məhkum edilib.

Stokmanın iki müavini – Cason Posey və Tomas Dodun da sözügedən cinayətlərə qarışdığı bildirilib.

Qeyd edək ki, Stokman Texasda FETÖ-nun təşkilatlanmasında, eləcə də təşkilatın yığıncaqlarında iştirakçı olub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...