Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Adlarını dəyişib “Siğə uşaqları” qoysunlar” – Deputatdan sərt sözlər

Milli maraqlarımızı qorumağa çalışan bütün insanlara qarşı şərəfsiz kampaniya aparırlar.

“Siğədən doğulanların yığışdığı bir səhifə var. Qəribədir ki, adını da “Baba Pünhan” qoyublar. Azərbaycanın milli maraqlarını qorumağa çalışan bütün insanlara qarşı şərəfsiz bir kampaniya aparırlar. Şəxsimə qarşı da böhtanlarını əsirgəmirlər”.
Din.az “Eurasia Diary”yə istinadən xəbər verir ki, bunu özünün Feysbuk hesabında deputat Fazil Mustafa yazıb.

Onun sözlərinə görə, orada rəy yazanların hamısı da birbaşa qonşu ölkənin agentura şəbəkəsinə daxil olan məxluqlardır:

“Biz onsuz da ha erməni olsun, ha siğədən doğulan molla cocuqları olsun, öz ölkəmizə qarşı istər keşişin, istər də mollanın dini adı ilə yönəldilən istənilən mənəvi terrorun qarşısında qətiyyətli duruşumuza Allahın köməyi ilə davam edəcəyik. Sadəcə səhifələri üçün Azərbaycanın bu maraqlı mərhum şairinin adını niyə götürdükləri anlaşılmır.

Mərhum Baba Pünhanın sağlam düşüncəli, Azərbaycana bağlı qohumlarından, yaxınlarından varsa, bu səhifədəkilərə təklif etsin ki, adlarını dəyişib “Siğə uşaqları” qoysunlar. Çünki Baba Pünhan şərəfli bir ömür yaşadı, öz Vətənini başqa ölkənin on-onbeş riyalına satmadı, tənqidini də etdi, sözünü də dedi. İndi ruhu inciyir ki, bir qrup siğə uşağı onun adına səhifə açıb açıq-aşkar hörmətsizlik gətirir. Ümumilikdə isə, bizdə ölkəmizin informasiya təhlükəsizliyinə qarşı ağlasızmaz bir biganəlik hökm sürür. Müstəqil dövlətin informasiya məkanında bunların at oynatmasının bədəlini enində-sonunda gözbəbəyimiz olan bu dövlətimiz ödəməli olacaq. Bu cür səhifələri dəstəkləyən Vətən xainlərinə qarşı müvafiq dövlət orqanları ictimai dəstəyi də arxalarına alaraq qətiyyətli mübarizə aparmalıdırlar”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...