Adnan Oktar araşdırmasında bu şəxs həbsdən azad edildi

Türkiyədə Adnan Oktarın cinayətləri araşdırılmaqda davam edir.
Türkiyə cəmiyyətində “Adnan hoca” kimi tanınan Adnan Oktar və qrupuna qarşı keçirilən əməliyyat çərçivəsində həbs olunan adlardan Ayça Pars vəkillərinin etirazından sonra sərbəst buraxılıb.
Din.az xəbər verir ki, təxliyə qərarını İstanbul 8-ci Sülh Cəza Məhkəməsi verib.
Kocaeli F1 Yüksək Təhlükəsiz Həbsxanasından buraxılan Pars, cinayət törətmək üçün təşkilat yaratmaq iddiası ilə həbs olunmuşdu. “Milliyət” qəzetinin xəbərinə görə, Ayça Pars istintaq çərçivəsində azad edilən ilk ad olub.