Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Adnan Oktar dini təhrif edir” dediyi üçün cəza aldı

“Kimsə məni yolumdan döndərə bilməz”

26168311a88b9552300fMuş Alparslan Universitetində araşdırmaçı işləyən Cahit Karaalpa Adnan Oktar haqqında qələmə aldığı yazılar üçün 11 min türk lirəsi (5 min 600 manat ) dəyərində pul cəzası verildi.

Adnan Oktar haqqında yazdığı yazılarda təhqir əlamətləri olduğu iddiası ilə 6 ay əvvəl məhkəməyə verilən Muş Arparslan Universitetində araşdırmaçı işləyən Cahit Karaalp 15 ay həbs cəzasına məhkum edilib. Məhkəmə həbs cəzasını 11 min türk lirəsi (5 min 600 manat) pul cəzasına çevirib.

“İnsanları çökdürmək istəyir”

Adnan Oktara dəli dediyi və dini təhrif etdiyini dilə gətirdiyi üçün cəza aldığını və daha əvvəl də Oktar haqqında yazdığı bir yazıdan dolayı 4 min türk lirəsi (2 min manat) cəza aldığını söyləyən Cahit Karaalp, “Adnan Oktar qaldırdığı iddialarla və aldığı pullarla insanları psixoloji və iqtisadi olaraq çökdürmək istəyir. Televiziya ekranlarında və orada “kedicik” deyə adlandırdığı qadınlarla rəqs havasında qərb musiqisinin sədaları altında dini söhbətlər etməsi xalqın dini duyğularını lağ etməsindən başqa bir şey deyildir” deyib.

Karaalp, Adnan Oktarın televiziya yayımları ilə əlaqədar xalqın reaksiya verməsinin vacibliyini RTÜK-ün də lazımi addımlar atmasını isətəyib.

“Kimsə məni yolumdan döndərə bilməz”

Adnan Oktarın ilk qurbanı olmadığını və sonuncusu da olmayacağını söyləyən Karaalp, “Mən Adnan  Oktar haqqında yazılar yazmağa, xalqı məlumatlandırmağa davam edəcəyəm. Kimsə məni yolumdan döndərə bilməz, bunu bilsinlər. Hakimləri də Allahın məhkəməsinə həvalə edirəm. Haqqında yazdığım yazılardan heç biri yalnış deyildir. Təqdim etdiyim dəlillərin heç biri nəzərə alınmadı, hakim qarşı tərəfin təhrik etməsi nəticəsində bu yazılar yazılıb deyə bilərdi. Ancaq hakim bunu etmədi” deyə bildirib.

“Allaha hesab verə bilmərik…”

Türkiyədə bir çox məhkəmə iddiası illər boyu davam etməsinə baxmayaraq bir nəticəyə varmadığını, lakin Adnan Oktarın qaldırdığı iddialarının qısa bir müddətdə nəticələndirildiyinə diqqət çəkən Karaalp, “Bunun arxasında başqa qüvvələr var. Əgər bu gün biz müsəlmanlar dinimizə sahib çıxmasaq, biriləri gözümüzün içinə baxa-baxa dinimizi təhrif etməyə davam edəcəkdir. Biz bunun hesabını Allaha verə bilmərik. İslam cəmiyyətləri bu insan haqqında bir ictimai rəy formalaşdırmalıdır” fikirlərini səsləndirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...