Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktar əməliyyatında həbs olunan 5 övladı və nəvəsi ilə 12 il sonra həbsxanada görüşdü

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

Türkiyədə Adnan Oktarın qurbanı olan daha bir ailə öz övladlarını 12 il sonra həbsxanada tapıb.

Din.az xəbər verir ki, beş övladı və bir nəvəsi Adnan Oktar əməliyyatında həbs olunan Səmih Babuna övladları ilə həbsxanada görüşüb.

Görüş barədə danışan ana bunları deyib: “12 il sonra uşaqlarımı həbsxanada tapdım. Mənə dedikləri ilk söz “bizi sən şikayət etdin” oldu. Uşaqlarım o Adnan Şərəfsizinə görə məni ittiham edir. Adnan Oktar zəhərli ilandı. Qızlarıma “sizdən şikayətçi olmamışam”desəm də, onlar mənə inanmadılar. Adnan Oktar təşkilatı dağılmayıb. İçəridə belə onun adamları uşaqları yalnız buraxmırlar”.

Adnan Oktarın fərariləri həbs edilənlərə pul göndərir

Səmih Babuna Adnan Oktarın axtarışda olan tərəfdarları haqqında da maraqlı məqamlardan danışıb:

“Təşkilat üzvü olan Tarkan Yavaş, Cihad Gündoğdu, Uğur Örmen, Mətin Güçyetmez və Seral Körpülü hələ də fəraridilər. Bu şəxslər həbs edilənlərə vəkil, pul göndərərək dəstək olurlar. Birinci dərəcə yaxınları olduğum üçün övladlarımın hesablarına baxa bilirəm. Onların hesablarına nə qədər və kimlər tərəfindən pul göndərildiyini öyrəndim. Qızım Tuğbadan başqa hamısının hesabına 1000-1500 TL arasında pul köçürülmüşdü. Tək-tək uşaqlarımın bank hesablarına kimlərin pul göndərdiyini və övladlarımla hansı vəkillərin görüşdüyünü təsbit etdim. Bu barədə aidiyyəti orqanlara şikayət etdim. Edanın hesabına Raif Ergin adlı şəxs və təşkilat üzvü olan vəkil Xaqan Arslan pul köçürüb. Bu vəkil eyni zamanda Ceydanın hesabına da pul köçürərək ona paltarlar göndərib. Keçən dəfə görüşə gedəndə də iki vəkillə qarşılaşdım, hansı ki, onlar içəridəki bütün qadınların adlarını bir-bir yazıb və hamısı ilə də görüşüblər. Adlarının Yağış və Rıdvan olduğunu və vəkil Arzu Gülün idarəçiliyində çalışdıqlarını öyrəndik. Arzu Gül 2009-ci ildə Adnan Oktar mühakimə olunarkən onun vəkilliyini edirdi. Onlar məhbusların içəridə hər şeyi etiraf etməməıəri üçün onları sıx təqib edirlər. İçəridəkilərin hər hansı informasiya verməsi onların işinə yaramır. Maddi, mənəvi heç bir dəstəyi kəsməyiblər. Bu saydığım adlardan başqa, vəkillər Hümeyra Nur Yazan və Ali Bahadur Alışqan da Ebru ilə görüşə gedib. Mən də müəyyən etdiyim bütün bu adlar haqqında polisə şikayət etdim. Uşaqlarım üçün mübarizəmi sona qədər davam etdirəcəm”.

Xatırladaq ki, iyul ayında keçirilən əməliyyat nəticəsində Adnan Oktar və 167 nəfər tərəfdarı həbs olunub. Həbs olunanlar arasında Türkiyənin məşhur simaları, professorlar, din xadimləri, iş adamları da olub. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...