Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adnan Oktar həbs olundu – 235 müridi ilə birgə – FOTOLAR

A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir.

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.

Din.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməlyyata polis helikopterləri də cəlb olunub.

A. Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A. Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Villada silah, zirehli gödəkçələr və zirehli maşın aşkarlanıb.

A. Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər cinayət əməllərində ittiham olunur.

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...