Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Adnan Oktar məhkəməsində ŞOK QƏRAR: 91 nəfər buraxıldı

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

İctimaiyyətə din xadimi kimi təqdim edilən Adnan Oktar və mütəşəkkil cinayətkar dəstəsi haqqında açılan məhkəmə prosesinin 51-ci iclası baş tutub.

Din.az Publika.az-a istinadən xəbər verir ki, 226 nəfərin ittiham olunduğu məhkəmədən 91 nəfərin buraxılmasına dair qərar çıxarılıb.

Məhkəmə Adnan Oktar da daxil olmaqla, 76 nəfərin həbs cəzasının davam etməsini istəyib.

Qeyd edək ki, mütəşəkkil cinayətkar dəstə silahlı terror təşkilatına üzv olmaq, uşaqları cinsi istismara məruz qoymaq, şantaj, çirkli pulların yuyulması, casusluq, qəsdən adamöldürməyə təşəbbüs kimi cinayətlərdə ittiham olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...