Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktar nədə günahlandırılır? – SİYAHI

Adnan Oktarın günahlandırıldığı əməllər …

İstanbulda prokurorluğun başlatdığı əməliyyatın səbəbkarı Adnan Oktarın nədə günahlandırıldığını açıqlayan bir səhifəlik məlumat yayımlanıb.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Adnan Oktar Cinayət Təşkilatıyla bağlı 5 bölgədə eyni zamanda əməliyyata başlayıb. Əməliyyatlar zamanı silah və polad gülləkeçirməz gödəkçələr ələ keçirilib. Adnan Oktarın nədə günahlandırıldığını göstərən siyahı isə olduqca diqqət çəkib.

Belə ki, Adnan Oktarın günahlandırıldığı əməllər:

“Cinayət işləmək məqsədiylə təşkilat qurmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, azyaşlılarla cinsi əlaqə, uşaqların qaçırılması və ya girov götürülməsi, cinsi təcavüz, şantaj, şəxsi azadlığından məhrum etmək, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, cinayətdən qaynaqlanan əmlakı ələ keçirmək, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa qarşı çıxmaq, təhdid, iftira, xalqı əsgərlikdən soyutmaq, təhqir, cinayətin uydurulması, yalandan şahidlik, çoxşaxəli fırıldaqçılıq, insan alverinə qarşı mübarizə qanunlarına, vergi prosessual qanununa qarşı olmaq, rüşvət, təhsil və tədris haqqının qarşısının alınması, ailənin qorunması və qadına zorakılığın qarşısının alınmasına dair qanunlara qarşı olduğu üçün 11 iyul 2018-ci iltarıxında 235 şübhəli şəxs barəsində əməliyyat başladılmışdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...