Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktar qrupuna qarşı işgəncə edənlərin məhkəməsi uzadılacaq

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

Türkiyədə prokuror Adnan Oktar qrupuna işgəncə etdikləri iddiası ilə mühakimə olunan polislərin məhkəməsə prosesinin uzadılmasını istəyib. 17 ildir davam edən davanın müttəhimləri arasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi Adil Sərdar Saçan da var.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adnan Oktar qrupuna qarşı 1999-cu ildə aparılan əməliyyatda həbs olunanlara işgəncə etdikləri iddia edilən, aralarında dövrün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin rəisi Adil Sərdar Saçanın da olduğu 11 müttəhimin 17 ildir mühakimə olunduğu qeyd edilib.

İttiham aktında adı gedən Respublika Prokuroru Adil Sərdar Saçan da aralarında olduğu 10 müttəhimin işgəncə cinayəti ilə bağlı məhkəmədə prosesinin vaxtının uzadılması və bu səbəblə də iddianın azaldılmasını tələb edib. İttiham aktında bir müttəhimin isə “Yalandan şahidlik” cinayətindən 4 ilə qədər həbsi tələb olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...