Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktar qurbanları dəhşətləri danışır – Övladlar valideynlərindən imtina edir

A.Oktara 5 uşağını qapdıran və geri ala bilməyən Semin Babunadan önəmli açıqlamalar verib …

“Varlı ailələrin uşaqlarını yanına cəlb edir, sonra…”
Adnan Oktar cinayətkar qrupu ilə bağlı son dəqiqə açıqlamaları davam edir.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, A.Oktara 5 uşağını qapdıran və geri ala bilməyən Semin Babuna önəmli açıqlamalar verib. Türkiyə Cavad Babuna və həyat yoldaşı Semin Babunanı Adnan Oktarın müridi olan 5 uşaqları və nəvələrini xilas etmək üçün verdiyi mübarizə ilə tanıyıb.

Babuna A.Oktarla bağlı aşağıdakları deyib: “Bu adam bir atom bombası kimidir. Babuna ailəsinin içinə düşdü. Bütün məqsədim beyni yuyulan uşaqlarımı ən qısa müddətdə xilas etməkdir”.
Professor doktor Cavad Babuna keçən il vəfat edib. Semin Babuna isə Adnan Oktar və qrupuna qarşı 25 illik mübarizəsində yeni bir səhifə açıb. Qızı Eda Babunanı təcridxanada ziyarət etmək istəyən ana sonuncunun bu görüşü qəbul etməməsinə görə geri qayıdıb: “Bu adam ailəni parçalayıb, uşaqları zəhərlədi. 25 il yoldaşımla birlikdə uşaqlarımın xilası üçün mübarizə apardıq. Bu mübarizəni bu gün də davam etdirəcəyəm. Eda mənimlə görüşməyi qəbul etmədi. Böyük ehtimalla digər uşaqlarım da Eda kimi görüşü qəbul etməyəcəklər. Amma yenə də əlimdən gələn qədər ünsiyyət qurmağa çalışacağam. Uşaqlarımın qaldığı həbsxanalarda qurum psixoloqları ilə bir-bir əlaqəyə girdim. Onlara uşaqlarıma ailələrinin hər zaman yanlarında olduğunu və onlarla görüşmək istədiyimi dedim. İndi də bütün uşaqlarıma məktub yazacam və fikirləri dağılsın deyə fikir dağıdan kitablar göndərəcəm. Bütün məqsədim və amalım beyni yuyulan uşaqlarımı ən qısa müddətdə xilas etməkdir”.

Ana eyni zamanda deyib ki, indən belə tək arzusu uşaqlarının peşman olub, etirafçı kimi ifadə vermələridir: “Bildikləri nə varsa artıq dövlətə anlatsınlar. Beyinlərinin artıq normala dönməsini istəyirəm. Dövlət bu uşaqları müalicə etməlidir. Adnan Oktar dövrü bitdi artıq. Ümidim indi daha böyükdür və uşaqlarımn xilas olacağına inanıram. Çünki bu uşaqlar o adamın yanında hər cür pisliyə məruz qaldılar, artıq bitsin.

“Bu adam son yüz ilin Dəccalıdır”

“Bu adamın yanından qaçıb gələnlər mənim qızlarımın şiddət gördüyünü deyirdi. Halbuki biz bir dəfə də olsun uşaqlarımıza əl qaldıran bir ailə deyildik. Sadəcə, mənim qızlarım da daxil, oradakı bütün qadınlar şiddət görürmüş. Bu adam son yüz ilin Dəccalıdır”. Bu sözləri də ana Babuna deyib. Onun sözlərinə görə, həyat yoldaşı dünyasını dəyişənə qədər ən böyük və son arzusu Oktara bir müayinəxana açmaq idi: “Açdığı bu yerin də bütün xərclərini öz üzərinə götürəcək və bura gələn bütün xəstələrin Oktar tərəfindən müayinə və müalicələrinin pulsuz edilməsini istəyirdi. Çünki bu millətə bir can borcumuz vardı. Oğlumu yaşatmaq üçün minlələ insan qan vermişdi. Ümid edirəm ki, hər şey düzələr və mən də həyat yoldaşımın bu son arzusunu yerinə yetirərəm. Çünki həyat yoldaşım bunu görmədən dünyasını dəyişdi. Bu adam Babuna ailəsinin başına gələ biləcək ən böyük fəlakətdir”.

“Babam uşaqlarını görə bilmədi”

Adnan Oktar qrupuna anası Ceyda Babuna Ertüzün və bacısı Alev Babuna ilə birlikdə 13 yaşında ikən qatılan və 11 il sonra ayrılan Babuna ailəsinin nəvəsi Emre Ertüzün aşağıdakıları deyib: “Ayrılmağa qərar verməyim və ayrılmağım iki ilə qədər davam etdi. Qrupdan ayrılmağa qərar verdiyim zaman anam və qardaşımla görüşdüm. Amma anamla üz-üzə görüşmə şansım yox idi. Qruplaşma içində qayda belə idi. Adam ailəni parçalayırdı. Anamla telefonla danışdım. Bu edilənlərin səhv olduğunu, bu adamın da səhvə yol verdiyini dedim. Anam bu kimi mövzuları telefonda danışmağın doğru olmadığını, üz-üzə danışmalı olduğumuzu dedi. Amma dediyim kimi, belə bir imkan nə yazıq ki, yox idi. Qardaşımla üz-üzə danışmaq fürsətim oldu. Qurani-Kərimi qabağına qoydum. Bu adamın etdiklərinin yanlış olduğunu dedim. Amma qardaşım mənə “Zamanın imamı Adnan hoca və məsuiyyət də ondadır” dedi. Təşkilatdan ayrıldığımı eşidəndə isə məni təhdid etdi: “Səni biabır edərik. Bitərsən sən”. Çıxandan sonra isə haqqımızda “PKK üzvü, oğru, əxlaqsız qrup” və ağlınıza gələ biləcək hər cür iftiranı dedilər. Anam ilk dəfə polis tərəfindən göz altına alındığı zaman vəkilimlə birgə onun yanına getdim. Amma mənim adımı eşidəndə özünə ayrıca vəkil istədi və mənimlə görüşmək istəmədiyini dedi. Ailəmdən bir tələb gələnə qədər də indilərdə görüşməyi düşünmürəm. Çünki hamısının dərk etmə qabiliyyəti hələ ki, qapalıdır. Onların gözündə biz Mehdiyə qarşı gələn din düşmənləriyik. Halbuki bilmirlər ki, bu adam bizim ailəyə nə qədər böyük pisliklər etdi. Babam illər boyunca, bir dəfə də olsun uşaqlarını görə bilmədən öldü”.

“Türmədə gördüm, yenə divara dəydim”

Adnan Oktar qrupu içində yer alan şəxslərdən biri də 48 yaşındakı Selda İnaldır. 28 ildir Oktar qrupunda olan İnal 20 yaşında İstanbul Universitetində oxuduğu zaman qrupa daxil olan ilk insanlardan biridir. Ailəsinin illərdir geri qayıtması üçün apardığı mübarizəyə baxmayaraq, qrupdan çıxmayan İnal hazırda Bandırma həbsxanasında yatır. İstanbulda yaşayan və öncəki gün qızı ilə görüşə gedən İnal deyib:

“10 ildir qızımla hər hansı bir formada görüşmürdüm. Türməyə gedəndə də mənimlə görüşüb-görüşməyəcəyi ilə bağlı şübhələrim vardı, amma gəldi. Buna baxmayaraq, mən yenə divara kəllə vurmuş oldum. Qızım hələ də Adnan Oktarı Mehdi olaraq görür və inanır. İddia edir ki, ona qarşı bütün bu edilənlər iftiradır. 1999-cu ildə olduğu kimi, yenə də bu adamın günahsız olduğu ortaya çıxacaqmış deyə iddia edir. Qızımda hər hansı bir peşmanlıq əlaməti yoxdur. Görüşə gedəndə hər hansı bir hesab soruşmaq niyyətimiz yox idi. Qızıma hər zaman yanında olduğumu, ailəsi olaraq hər zaman arxasında dayanacağımızı, sevgimizin və qucağımızın hər zaman ona açıq olduğunu dedik. Amma üzündə gülüşlə bizi dinləyirdi. ‘Qızım, necəsən” soruşuram, “əlayam” deyir. “Həbsxanada nə qədər əla olmaq mümkündür ki” soruşanda isə “Olsun, sağlamlığımız yerindədir, əsas odur” deyir.

“Biz azadlığa çıxacağıq” deyir

“Mən qızıma bu olanların 1999-cu ildəkilərə bənzəmədiyini söylədim. Başlarındakı o əxlaqsızın 60 ilə ancaq həbs edildiyini, 1999-cu ildəki dönəmin şərtlərinin fərqli olduğunu dedim. O illərdə bütün ədalət sisteminin Gülənçilərin əlində olduğunu, Oktarın 1999-cu ildə onlar tərəfindən xilas edildiyini dedim. Amma o, bunlara nəyə görəsə inanmaq istəmir. “Biz çıxacağıq, hər şey yaxşı olacaq” havasında yaşayır. Qızım bu gün bu həbsxanadadır. Amma o, 28 ildir lüks bir həbsxanada yaşayırdı. İllərlə qızımı bu qrupdan xilas etməyə çalışdıq. 8-10 ailə bir araya gəlib əlimizdən gələni etdik, amma nail ola bilmədik. Digər tərəfdən, bu uşaqların hamısı varlı ailələrin uşaqları idi, yaxşı məktəblərdə oxuyan və heç nəyə ehtiyacı olmayan insanlar idi. 18 il boyunca ayda bir, ya da iki ayda bir, yarım saat olmaqla, yanında iki qadınla qızımla görüşə bilirdik. 18 il ərzində bir dəfə belə tək görüşümüz olmadı. Sonradan öyrəndim ki, bunlar nəzarətçi imiş. 1999-cu ildə Fatih Altaylı və Ebru Şimşəyin Adnan Oktara qarşı məhkəmə işinə daxil olduğumuz zaman qızımın bir daha bizimlə görüşməsinə imkan vermədilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...