Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adnan Oktardan Ərdoğana jest – “70 faiz səslə…”

Bütün təriqət və icmalar öz namizədlərinin adlarını açıqlayıb.

Adnan Oktar Türkiyədə 24 iyun tarixində keçirilən növbədənkənar prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana səs verəcəyini deyib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, “A9” telekanalının sahibi, özünü ilahiyyatçı kimi tanıdan Adnan Oktar və onun sadiq camiəsi sosial media hesablarından R.T.Ərdoğana dəstək çağırışı ediblər.

Artıq Türkiyədəki bütün təriqət və icmalar öz namizədlərinin adlarını açıqladılar.

Adnan Oktarın “kedicik”ləri Cümhur İttifaqını dəstələdiklərini, eləcə də Adnan Oktarın prezident Ərdoğana dəstək mesajlarını yayımlayıblar: “Rəcəb Tayyib Ərdoğanı 55-60 faizlə deyil, 70 faiz səs çoxluğu ilə yenidən prezident edək”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...