Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktardan Ərdoğana məktub – Bir təlimatınızla…

Adnan Oktar Ədirnə həbsxanasından narazıdır.

Türkiyədə ilahiyyatçı Adnan Oktar ölkə başçısı Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Din.az xəbər verir ki, azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunan Adnan Oktar 6 aydır saxlanıldığı Ədirnə həbsxanasında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün prezidentə məktub göndərib.

O, saxlanıldığı həbsxanadakı şəraitdən narazlıq edərək dövlət başçısını təcili müdaxilə etməyə səsləyib.

“Hər şey cənab prezidentin bir təlimatından asılıdır. Ölkə başçısından şəfqətli diqqətini həbsxanadakı məzlum vətəndaşlardan əsirgəməməsini xahiş edirik”, – deyə ilahiyyatçı vurğulayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...