Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Adnan Oktarı 870 illik həbs gözləyir

Adnan Oktarın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Türkiyədə “Harun Yahya” kimi məşhurlaşan Adnan Oktarın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Din.az APA-ya istinadən bildirir ki, Adnan Oktarla bərabər 226 nəfər təqsirləndirilən şəxslə bağlı ittiham aktı hazırlanıb. İttiham üzrə 125 nəfər zərərçəkmiş kimi tanınıb.

Cinsi istismar, siyasi və hərbi casusluq, işgəncə vermək, böhtan atmaq, rüşvət almaq maddələri ilə ittiham olunan Adnan Oktarın haqqında 870 il həbs cəzası təyin edilməsi istənilib.

Qeyd edək ki, bir il öncə tutulan Adnan Oktar Adnan dini qrupun rəhbəri olub. O, özünə məxsus televiziya kanalında “kedicik” adlandırdığı çoxlu sayda qadınla proqram aparıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...