Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktarın aylıq qazancı hər kəsi heyrətləndirdi

Oktar: “Mülk toplamaq İslam dinində haramdır”.

Türkiyədə özünü din xadimi kimi tanıdaraq mütəşəkkil cinayətkar dəstəyə başçılıq edən Adnan Oktar məhkəməyə aylıq gəlirinin miqdarını açıqlayıb.

Din.az xəbər verir ki, o, peşəsinin yazıçılıq olduğunu və bu peşədən ayda 3 min TL (888 AZN) qazandığını deyib.

Oktar bildirib ki, mülk toplamaq İslam dinində haramdır. Peyğəmbər də bütün malını kasıblar üçün xərcləyib. Müsəlmanlıqda zənginlik yoxdur: “Mən 65 yaşımdayam. Malım-mülküm, pulum, heç nəyim yoxdur. Bir qəpik də yığıb saxlamamışam”.

Oktar sahibi olduğu lüks yaxtalar, villalar və A9 telekanalının ona aid olmadığını, onları varislik yolu ilə əldə etdiyini bildirib.

Haqqında casusluq, terror təşkilatına yardım etmək, öldürməyə təşəbbüs, cinsi istismar, pedofillik, şantaj kimi 22 ittiham qaldırılan Oktara 420 ildən 871 ilə qədər cəza tələb edilir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...