Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Adnan Oktarın Azərbaycandakı tərəfdarları ilə bağlı araşdırma aparılır

Azərbaycanda 200-dən çox şəxsin Adnan Oktara bağlı olduğu bildirilir.

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarın Azərbaycandakı dəstəkçilərinə qarşı araşdırma başlayıb.

Din.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycanda 200-dən çox şəxsin Adnan Oktara bağlı olduğu bildirilir. Həmin şəxslərin Türkiyədə İbrahim Tuncer və Didəm Ürərlə əlaqələrinin olduğu məlum olub.

Məlumatda bildirilir ki, təşkilata maddi dəstək verən və qadınları gətirən Azərbaycandakı sturukturun üzvləri Adnan Oktarın saxlanılmasında sonra sosial mediada ona açıq dəstək olublar. Azərbaycan höküməti də bu paylaşımlar əsasında A.Oktarın təşkilatına üzv olanların qeydiyyatını aparır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...