Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktarın əsgərlik hiyləsi – Yeni detallar ÜZƏ ÇIXDI

“Din xadimi” əsgərliyə getmək istəyənləri avam, axmaq adlandırıb.

Türkiyədə özünü din xadimi kimi qələmə verərək mütəşəkkil cinayətkar dəstə qurmaqda ittiham edilən Adnan Oktarın istintaq işində gün keçdikcə dəhşətli və qəribə detallar ortaya çıxır.

Din.az xəbər verir ki, polisə 164 səhifəlik ifadə verən “din xadimi”nin əsgərliyə getmək istəyən şəxslərə mane olduğu və onları avam adlandırdığı bildirilib.

İstintaq sənədlərində ifadələri yer alan 3 Adnan Oktar müridinin sözlərinə görə, təşkilata üzv olan kişilərin heç biri əsgərliyə getməyib. Adnan Oktar onları xaricə göndərib və guya orada işləyirlər formasında saxta sənədlər düzəldib. Şahidlərin ifadələrinə görə, “din xadimi” əsgərliyə getmək istəyənləri avam, axmaq adlandırıb və onlara bu sözlərlə mane olub:

“Biz avamıq? Nə ehtiyac var əsgərliyə getməyə? Axmaqsınız? Ölməyə başqa adam yoxdur? Biz nəyik ki, bu qədər dəyərli vaxtımızı orada sərf edək? Siz mənə burada lazımsınız”.

Qeyd edək ki, Adnan Oktar və təşkilatına qarşı 20-dən çox ittihamla istintaq işi açılıb. Əməliyyatlar çərçivəsində 169 nəfər həbs edilib. Onların yarısından çoxu Adnan Oktardan polisə şikayətçi olub. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...