Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Adnan Oktarın evindən əlyazısı olan müqəddəs kitab tapıldı

Adnan Oktarın evindən əlyazısı olan Tövrat kitabı tapılıb.

Cinayətkar qruplaşmanın başçısı Adnan Oktarın Çengelköydəki evində aparılan axtarış zamanı ələ keçirilən əl yazmalı Tövrat görənləri təəccübləndirib.

Din.az türk mediasına istinadən xəbər verir ki, sadəcə sinaqoqlarda olan bu kitabın çox vacib bir əsər olduğu bildirilib. Polis isə belə bir dəyərli Tövratın Adnan Oktar qruplaşmasının əlinə necə keçdiyini araşdırır.

Belə ki Mali polisi Çengelköydə yerləşən evdə və Ümraniyədə olan depoda maşın dolu tarixi əsərlər aşkarlayıb.

“Habertürk”ün verdiyi məlumata görə, Adnan Oktar qruplaşmasından ələ keçirilən tarixi əsərlər araşdırılması üçün Ayasofya Muzeyi Müdirliyinə və Türk İslam Əsərləri Muzeyi Müdirliyinə göndərilib.

Həmçinin ələ keçirilən əl yazmalı Tövratın ancaq və ancaq sinaqoqlarda olduğu və çox vacib, tarixi bir əsər olduğu müəyyən edilib. Lakin bu əsərin Adnan Oktarın əlinə necə keçdiyi sual doğurur. Polis bu məsələnin araşdırılması üçün istintaqa başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...