Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktarın “həyat yoldaşı” danışdı

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

“18 yaşıma qədər mənə əl ilə təcavüz etdi. Daha sonralar isə razılığım olmadan mənimlə birlikdə oldu”

Adnan Oktarın təşkilatında 7 il qaldıqdan sonra xaricə qaçan S. İ. zərəçəkmiş olaraq istintaqa ifadə verib.

Din.az “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, S.İ. veridyi ifadədə bildirib ki, 16 yaşında Adnan Oktarla imam nikahı ilə evləndirilib. 18 yaşında isə başqa biri ilə rəsmi nikahla evləndirilib. Daha sonra isə boşanaraq yenidən Adnan Oktarla evləndirildim.

“18 yaşıma qədər mənə əl ilə təcavüz etdi. Daha sonralar isə razılığım olmadan mənimlə birlikdə oldu” deyən S. İ. bildirib ki, Oktar təşkilatına 1987-ci ildə daxil edilib.

“Liseydə təhsil aldığım zaman mən və 3 rəfiqəm Cenk adlı biri tərəfindən təşkilatla tanış edildik. Sonradan 1988-ci ildə Oktar mənimlə evlənmək istədiyini dedi. Mən də qəbul etdim. Adnan Oktar hərdən məndən məktəbli kimi, hərdən isə rəqqasə kimi geyinməyimi istərdi. Oktarla evliliyim 1994-cü ilə qədər davam etdi. 1990-ci ilə qədər Oktar bir çox qadınla dini nikahla evləndirilmişdi. Qadınlar hamilə qaldıqlarına görə təşkilatdan başqaları ilə rəsmi nikahla evləndirilirdilər. Uşaqlar doğulduqdan sonra isə boşanırdılar. Sonradan uşaqlar harasa göndərilirdi. 7-8 uşaq doğulmuşdu” deyən qadın 1994-cü ildə xaricə qaçdığını bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...