Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktarın məhkəməsi başlayır

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

Sentyabrın 17-də Türkiyədə “Adnan Oktar mütəşəkkil cinayətkar dəstəsi”nin başçısı, “A9” televiziya kanalının sahibi Adnan Oktarın (Harun Yəhya) cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

Din.az APA-ya istinadən bildirir ki, Cinayət Məcəlləsinin cinayətkar dəstə yaratmaq, cinsi istismara məruz qoymaq, cinsi zorakılıq, insan alveri və başqa maddələri ilə ittiham olunan Adnan Oktar və daha 225 nəfər hakim qarşısına çıxacaq. Məhkəmənin noyabradək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, eyni zamanda dini təriqət lideri olan Adnan Oktar sahibi olduğu kanalda “Kedicik” adlandırdığı qadınlarla birgə proqram aparıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...