Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ADNAN OKTARIN proqramının əxlaqa, islami dəyərlərə zidd olduğu bildirildi

Verilişinin bağlanılmamasının səbəbləri…

Türkiyədə aparıcılıq etdiyi “dini” verilişində “kedicik” adlandırdığı açıq-saçıq geyimli qadınları rəqs etdirən “ilahiyyatçı” Adnan Oktarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

Din.az xəbər verir ki, son iki ay ərzində Adnan Oktarın “Adnan Oktar ile Sohbetler” adlı verilişindən RTÜK-ə (Türkiyə Radio Televiziya Qurumu) 444 şikayət daxil olub. Şikayətlərdə verilişin əxlaqa, islami dəyərlərə zidd olunduğu qeyd edilib.

Lakin, RTÜK şikayətlərlə bağlı tədbir görə bilmir. Buna səbəb isə kadrların efirdə yox, internet vasitəsi ilə yayımlanmasıdır. Belə ki, əxlaqsız kadrlar efirdə yox, youtube, facebook kimi sosial şəbəkələrdə yayımlanır və üzərinə kanalda yayımlanırmış kimi loqo vurulur. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...