Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktarın qadınlara niyə “kedicik” dediyi bəlli oldu – Video

İslam dini ilə heç bir əlaqəsi olmayan gülünc proqram və görüntülər …

Mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham olunaraq həbs olunan Adnan Oktarın televiziya proqramlarında və sosial şəbəkə hesablarında təşkilatın daxilindəki qadınlara “kedicik” deməsinin səbəbi dəstənin qeyri-qanuni fəaliyyətlərini gizlətmək məqsədi daşıyır.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Adnan Oktar işi ilə bağlı aparılan məhkəmə qərarında deyilib.

“A-9 isimli təşkilata aid kanalda islam dini ilə heç bir əlaqəsi olmayan gülünc proqram və görüntülərin nümayişi, bu mənada cəmiyyətdə “Adnan Xocanın kedicikləri” ifadəsinin də yenə təşkilatın əsl məqsəd və hədəflərini, cinayət tərkibli fəaliyyətlərini gizlətmək məqsədilə istifadə edilən rəy formalaşdırmaq prosesi olduğu anlaşılıb”, – məhkəmə qərarında bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...