Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adnan Oktarın qardaşı: “99-da Oktar həbs ediləndə zəlzələ oldu, 2018-də isə…”

Adnan Oktarın qardaşından gülünc iddialar ….

Türkiyədə həbs edilən Adnan Oktarın qardaşı Kənan Oktar iki böyük təbiət hadisəsindən danışaraq baş verənləri qardaşıyla əlaqələndirib.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkim olan Kənan Oktar qardaşını müdafiə etmək üçün Hz.Muhamməd Peyğəmbər kimi şəxsləri belə öz oyununa alət etməkdən çəkinməyib.

İSTANBUL POLİSİNİN OPERASYONUYLA YAKALANARAK GÖZALTINA ALINAN VE ÇIKARTILDIĞI MAHKEMECE TUTUKLANARAK CEZAEVİNE GÖNDERİLEN ADNAN OKTAR’IN KARDEŞİ KENAN OKTAR, KARDEŞİNE YAPILAN OPERASYONUN İNGİLİZ DERİN DEVLETİNİN PLANLADIĞI BİR OPERASYON OLDUĞUNU İLERİ SÜRDÜ. (DOĞAN CAN CESUR/İSTANBUL-İHA)

Belə ki Oktarın qardaşı Kənan Oktar “Beyaz” TV-nin canlı efirində bu açıqlamaları verib:

“Sizə bir misal çəkim: bir neçə gün bundan əvvəl qanlı ay tutulması oldu. Bundan sonra bütün dünya miqyasında bəzi fəlakətlər baş verəcək. Yəni, siz indi heç diqqət yetirmirsiniz? 1999-cu ildə Adnan Oktar və yoldaşları həbs olunanda İstanbulda qorxunc bir zəlzələ oldu. Buna diqqət etdiniz? Dünyada bəzi fəlakətlər, hadisələr yaşanacaq. Bunu hocamız əvvəlcədən deyib”.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...